Orxan Fikətoğlu

ORXAN FİKRƏTOĞLU - Adı həqiqətən böyük hərflərlə yazılmalı olan insan. Bu şəxsiyyətin heyatına saatlarla baxdıqda aydın olur ki, özünə məxsus ifadə tərzi olan, sözlərində məna kasad olmayan, Orxan bəy  bizə nələri anlatmaq istədiyir və bunun bizim həyatımızda nə qədər vacib olduğunu tarix bizə sübut edəcək. Orxan bey heqiqətən də köhnə Azərbaycalıdır və düşüncə tərzinidə dəyişmir, öz maqistralını çəkir, müsahibəsində dediyi kimi əvvəlki auditoriyasını itirib. Ancaq özü ehtimal etməsə belə onun auditoriyası onundur və ondan başqa baxmaq istədiyi aparıcı yoxdur. Yəni mümkündürmü ki, insanın zövqü Beethoven's 5th Symphony köklənsin sonra isə gedib bayağı mənasız ara mahnısına qulaq assın. Auditoriya zövqünüzə güvənib, sizdən alınan məlumatın şübhəsiz ki düz olduğuna inanır, sizin şərhiniz isə bu məlumatlara bizim düşüncəmizdə yeni nəzər nöqtəsi yaradır. Məsələyə Orxan Fikrətoğlu kimi baxmaq insann subyektiv fikrini inkişaf etdirir.




Bu müsahibəsində Orxan bəy hamımızın bilmdiyimiz adi saydığımız əlifbaya yeni bir bucaqda baxır, sözə və onun gələcəyinə, yeri Azərbaycan düşüncəsindəki lazımsız verlişlədən danışdıqca, onun həqiqətən də xorda olmaması və ayrı, başqa, alayı düşüncə tərzinə malik olduğunu görürük. Çox maraqlı bir "nyuans" ilə rastlaşdım Facebookda Orxan bəyin səhfəsi yoxdu. Saytı da belə yoxdu bir neçə gün əvvəl  Əliağa Vahidin həyatı ilə bağlı yazanda, "Vahidlərimizi itirməyək, onlar  gərək bizim yaşadığımız illərdən gələcəyə yadigar qalamalıdır" yazmışdım. Ümid edirəm Orxan bəy zamanında qiymətləndiriləcək bir insan olacaq.

Популярные сообщения из этого блога

Азербайджанские Словечки!

Тайна бани, обогреваемой единственной свечой

РУССКО-РЕКЛАМНЫЙ РАЗГОВОРНИК