Сообщения
Показаны сообщения с ярлыком "şair"
Məmməd Araz Olarmış
- Получить ссылку
- X
- Электронная почта
- Другие приложения
Автор:
Kamran Khidirov
-
Öyünəsi bircəm idin, birimdin. Yön tutası qibləm idin, pirimdin. Taleyimə dan ulduzu bilirdim, Karvanqıran olmağın da olarmış. O dolaşa çox yuvalar dolaşıb, Bal dilindən bişirərsən bal aşı. Yüz dodağın artığından bulaşıq Bir qədəhə dolmağın da olarmış. Azan dildi - söz tapdayan, söz yolan, Beş addımda söz yorulan, söz yoran... Nə fərqi var: əyri yalan, düz yalan. Doğruluqdan doymağın da olarmış. Qal sinəmdə, qal, ay sevdam, qal, ayçam, Paxır qəlbi ağartmadı qalayçan. Məhəbbətin qanad açan, qol açan, Qol bağlayan qolbağın da olarmış. Əl soyudu, könül də od qalamır, Gün gün üstə xəzəl kimi qalanır. Bir elinən tikdiyimiz qalanı Bir əlinən oymağın da olarmış...
Ramiz Rovsen KÖHNƏ MƏKTUBLAR
- Получить ссылку
- X
- Электронная почта
- Другие приложения
Автор:
Kamran Khidirov
-
Xəbər gələr daha ömrün qışından, Soyuyarsan - saçlarına qar düşər. Ancaq köhnə kitabların içindən Hərdən-hərdən köhnə məktublar düşər. Əyilərsən, götürərsən gizlicə, boylanarsan - arvad-uşaq görməsin. Çəkilərsən otağın bir küncünə, gizli-gizli oxuyarsan hər sözü. Bu nə sevgi məktubudu, ilahi, indiyəcən ağrıyır hər sözü də. Yazan qızın nəydi adı, ilahi, Yaddan çıxıb sifəti də, üzü də. Oxuduqca lal sətirlər səslənər, Yavaş-yavaş səsi düşər yadına. Bir hərfdən - qaşı düşər yadına, Bir hərfdən - gözü düşər yadına. O gözlərdən yadigartək varaqda Göz yaşının ləkəsini görərsən. Birdən donu xışıldayar otaqda, Pəncərədə kölgəsini görərsən. Diksinərsən, boylanarsan qapıya; " o kölgəni arvad-uşaq gördümü?!" Tez məktubu atarsan külqabıya, yandırarsan hər sözünü, sətrini. Sözlər yanar - kağızı da yandırar, Sözlər yanar - o qızı da yandırar. Sözlər qaçar o alovun içindən, Sən baxdıqca - basar səni soyuq tər. Sıra-sıra qara qarışqalartək Qaçıb gedər qa...