Сообщения
Показаны сообщения с ярлыком "ədəbiyyat"
MIKAYIL MÜŞFIQ «KÜLƏKLƏR» ŞEIRI Микаил Мушфик Ветры
- Получить ссылку
- X
- Электронная почта
- Другие приложения
Автор:
Kamran Khidirov
-
MIKAYIL MÜŞFIQ «KÜLƏKLƏR» ŞEIRI Rus dilinə 5 tərcümə variantı Hər səhər, hər axşam, hər axşam, hər səhər Çox zaman sərsəri küləklər bixəbər Bir yaxın dost kimi qapımı döyərlər, Küləklər, küləklər, bəstəkar küləklər, Dünyanı dolaşan bəxtiyar küləklər! Bəziniz qorxulu, bəziniz qorxusuz, Bəziniz duyğulu, bəziniz duyğusuz, Bəziniz uyqulu, bəziniz uyqusuz, Küləklər, küləklər,ey sərin küləklər, Sizdə var qoxusu hər yerin, küləklər! Ey çılğın küləklər, nəşəniz daşarkən, Bağların şehindən mey sorub coşarkən, Nalqıran dağları atlayıb aşarkən, Məni də alınız, uçayım dağlara. Könlümdə nə varsa, açayım dağlara! Gurlayın, ilhamım, sənətim gurlasın! Fırtınam, qasırğam, qüdrətim gurlasın! Şimşəyim parlasın. Zülmətim gurlasın! Ey məni sərazad bəsləyən küləklər, Bir dağın başından səsləyən küləklər! 1929 Микаил Мушфик Ветры 1. Перевод Рюрика Ивнева (1958) И днем и ночью. Пространство меря, Врываются ветры ко мне с до...