Bəxtiyar Vahabzadə


Ömrun payızında sevdim,sevildim,
Elə bilirəm ki,ilk baharam mən.
Arxanca sürünən kölgənəm sənin,
Harda qərar tutsan,orda varam mən.
Mey olsan,yanında bir qədəh ollam,
Gül olsan,çətrini öpən meh ollam.
Ot olsan,bir anda dönüb şeh ollam.
Dağ olsan,zirvənə yağan qaram mən.
Başımı qoyaram gündə yüz kərə,
Bir yol ayağını basdığın yerə.
Eşqindir ucaldan məni göylərə,
Bu eşqin gücünə minnətdaram mən.
Sevgiyə hədd qoymaq,düzü,günahdır,
Cahilin hər işi,sözü günahdır.
Eşqi günah saymaq özü günahdır,
Kim deyir,eşqimdə günahkaram mən.
Özün bir aləmsən,eşqin bir aləm,
Sən olan könüldə nə kədər,nə qəm ?!
Sənsiz bu Dünyanın ən bədbəxtiyəm,
Səninlə Dünyada Bəxtiyaram mən.

Популярные сообщения из этого блога

Азербайджанские Словечки!

Тайна бани, обогреваемой единственной свечой

Yene bu Seherde uz uze geldik